Qadin dunyasi ---- Ailedaxili unsiyyet
İnsan həyatının çox mühüm hissəsi ailədə-həyat yoldaşı,uşaqlar və qohumlarla ünsiyyətdə keçir.Ailədə ünsiyyətin müxtəlif istiqamətləri fərqləndirilir.Ailə məişəti və ailə üzvlərinin normal həyat fəaliyyəti ilə bağlı olan bütün məsələlər ərin arvadla ,ananın uşaqlarla ,bacının qardaşla ,nənənin nəvələri ilə ünsiyyəti şəraitində həll olunur.Eyni zamanda,ailə üzvləri ilə bir yerdə istirahət edir,əylənirlər və.s.
Ər-arvad münasibətləri kişi ilə qadının psixologiyasını dəyişir.Onlar ülfət bağladıqları andan heç kimə yox,yalnız bir-birlərinə mənsub olduqlarını, namus,vicdan,sədaqət,hörmət və qarşılıqlı kömək əsasında birləşdiklərini qəbul edirlər.
Ailə problemləri: uşaq qayğısı, zəruri məişət məsələləri, ər və arvadın əmək fəaliyyətində meydana çıxan çətinliklər, qonşulara münasibət, ictimai-mədəni hadisələr, habelə şəxsi həyatla bağlı məsələlər bunlar ər-arvad ünsiyyətinin əsas məzmununu təşkil edir. Burada ər-arvadın şəxsi həyatı ilə bağlı məsələlərin əhəmiyyətini ayrıca göstərməliyik.
İntim sözünü dar mənada, təkcə cismani yaxınlıq mənasında başa düşmək səhv olardı. Ünsiyyət prosesində intim cəhət həm də onda ifadəsini tapır ki, ər və ya arvad heç kimə demədiyi ürək sözünü, dərdini, ağrısını, sirrini öz həyat yoldaşına etibar edir. Onlar da məhz həmişə bu etimada layiq olmalıdırlar. Yalnız bu mənəvi yolla bir-biriləri üçün yarandıqlarını, bir-biriləri üçün yaşadıqlarını hisslərin dili ilə sübuta yetirirlər. Şəxsi həyatın intim məsələləri ər və arvaddan nəinki yüksək mədəniyyət, habelə takt tələb edir.
Uşaqlarla ünsiyyət də mühümdür.Ana və ata,eləcə də nənə və baba,bacı və qardaşla ünsiyyətin psixoloji mənası daha böyükdür.Uşağın bir şəxsiyyət kimi inkişafının özülü də bu söhbətlər vasitəsi ilə qoyulur.Uşaqlar ana və ata vasitəsilə təbiət və cəmiyyət hadisləri haqqında təsəvvürlərə və anlayışlara yiyələnir,başqa adamları ,özünü qiymətləndirmək meyarlarını mənimsəyirlər.
İnsanın həyatında ailədaxili ünsiyyətlə yanaşı,ailədənkənar ünsiyyət də mühüm yer tutur.Ailədənkənar ünsiyyətin formaları müxtəlif olsa da,aşağıdakılar mühümdür:
1.Qohumlara və tanışlara qonaq getmək.
2.Təklikdə gəzintiyə çıxmaq,dostlarla gəzmək ,klublarda və mədəniyyət evlərində,istirahət axşamlarında iştirak etmək.
3.Həyətda stolüstü oyunlar-şahmat,domino və.s. oynamaq.
Uşaqların yaşı artdıqca ailədənkənar ünsiyyət onların həyatında mühüm yer tutmağa başlayır.Ailədaxili və ailədənkənar ünsiyyətin formalarında ər və arvad eyni dərəcədə iştirak edirlər.Lakin bu sahədə çox mühüm fərqlər də nəzərə çarpır
***** Sil.Az