Qadin dunyasi ---- Uzdeki qirişlara son
Sirr deyil ki, üz dərisinin vəziyyəti və onun fiziki yaşı üz əzələlərindən asılıdir.
Sadə tapşırıqlarla bu əzələləri nəinki möhkəmləndirmək, həmçinin onlara elastiklik vermək, dərinin tonusunu qaldırmaq və qan dövranını yaxşılaşdırmaq olar.
Tapşırıq isə belədir: hər gün güzgünün qarşısında yavaş-yavaş A, U, İ, O, S hərflərinin hər birini 10 dəfə söyləyin. Bu tapşırıq sifətin formasını korrektə edir, əzələləri möhkəmləndirir.
İkinci tapşırıq isə belədir: ağzınızı hava ilə doldurun, sonra havanı ağzınızın kənarlarına tərəf aparın. Bu zaman dəri dartılır.
Unutmayın: tapşırığı yerinə yetirərkən dodaqlarınız bağlı olmalıdır ki, havanı istədiyiniz istiqamətə apara biləsiniz. Bu tapşırığı 4-8 dəfə təkrarlayın.
Növbəti tapşırıq belədir ki, birinci üst dodağınızı, sonra alt dodağınızı dişləyin. Dodaqlarınızı ağızın içinə tərəf çəkin. Bunu 10-12 dəfə təkrar edin.
***** Sil.Az